Əsas Səhifə > Maraq > Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar


11-05-2024, 16:20


Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçirilən Avropa Kata turnirində fəxri kürsüyə qalxıblar.

BrendSport.az
xəbər verir ki, yığmanın heyətində İsmayıl Rzayev (tori / hücum edən idmançı) və İbrahim Aslanov (uke / hücum edilən idmançı) bürünc medal qazanıblar.

Onlar böyüklər arasında “Nage-no-Kata” üzrə 353,5 xal toplayaraq buna nail olublar.

Qeyd edək ki, bu, Azərbaycan cüdo tarixində katada əldə edilən ilk medaldır.
Geri qayıt