Əsas Səhifə > Maraq > Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər


11-05-2024, 17:30


Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci gününü medalsız başa vurublar.

BrendSport.az
xəbər verir ki, bu gün yarışa qoşulan yığmanın dörd üzvü mükafatçılar sırasına düşə bilməyib.

Rəşid Məmmədəliyev (73 kiloqram), Məhərrəm İmamverdiyev və Ömər Rəcəbli (hər ikisi 81 kiloqram) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar. Vüsal Qələndərzadə (73 kiloqram) isə üçüncü yer uğrunda qarşılaşmada Məhmədbək Məhmədbəkova (AİN) uduzub.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçusu Kamran Süleymanov bürünc medal qazanıb. Mayın 12-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 15 idmançı ilə təmsil olunur.
Geri qayıt