Əsas Səhifə > Maraq > Azərbaycanın yunan-Roma güləşçisi Paris Olimpiadasına lisenziya qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Paris Olimpiadasına lisenziya qazanıb9-05-2024, 19:00 |
![]() Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. BrendSport.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində imza atıb Yarışın yarımfinalında rumıniyalı Razvan Arnauta qalib gələn idmançı Olimpiadada iştirak hüququ qazanıb. Bu, Azərbaycanın “Paris-2024”ə ümumilikdə 21-ci lisenziyası olub. Geri qayıt |