Əsas Səhifə > Maraq > Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub


8-05-2024, 19:18


Mayın 9-da Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri start götürəcək.

BrendSport.az
xəbər verir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışın püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Azərbaycanın yunan-Roma və qadın güləşçilərinin də ilk rəqibləri müəyyənləşib.

Yunan-Roma güləşi

60 kiloqram

Təsnifat mərhələsi

Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)

87 kiloqram

Təsnifat mərhələsi

Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)

97 kiloqram

Təsnifat mərhələsi

Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)

130 kiloqram

Təsnifat mərhələsi

Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)

Qadın güləşi

50 kiloqram

1/8 final

Mariya Stadnik – Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya)

53 kiloqram

Təsnifat mərhələsi

Gültəkin Şirinova – Laura Avila (Kuba)

57 kiloqram

Təsnifat mərhələsi

Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)

62 kiloqram

Təsnifat mərhələsi

Ruzanna Məmmədova – Anastasiya Qriqoryeva (Latviya)

68 kiloqram

Təsnifat mərhələsi

Elis Manolova – Nikol Parrado (Kolumbiya)

Qeyd edək ki, turnirdə hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə qazanacaqlar.
Geri qayıt