Əsas Səhifə > Maraq > “Paris-2024”: Azərbaycanın 5 paracüdoçusu lisenziya şansını saxlayır

“Paris-2024”: Azərbaycanın 5 paracüdoçusu lisenziya şansını saxlayır


2-05-2024, 13:40


Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) “Paris-2024” Yay Paralimpiya Oyunları öncəsi reytinq siyahısını yeniləyib.

BrendSport.az
xəbər verir ki, yuxarı pillələrdə qərarlaşan Azərbaycan təmsilçiləri - İlham Zəkiyev (J1, +90 kiloqram), Vüqar Şirinli (J2, 60 kiloqram), Şəhanə Hacıyeva (J2, 48 kiloqram), Xanım Hüseynova (J2, 70 kiloqram) və Dürsədəf Kərimova (J2, +70 kiloqram) Paris Paralimpiadasında iştirak şanslarını saxlayırlar. İdmançıları mayın 18-19-da Tbilisi Qran-Prisi gözləyir.

"NE" (non eligible - uyğun gəlməyən) statusu müəyyənləşdirilən paracüdoçular yeni siyahıda yer almayıblar. Onların arasında Namiq Abaslı (J2, 73 kiloqram) da var.

Fevral ayında Heydelberq Qran-Prisindən əvvəl tibbi təsnifatdan keçə bilməyən idmançı üçün Milli Paralimpiya Komitəsi tərəfindən IBSA-ya protest göndərilmişdi.
Geri qayıt