Əsas Səhifə > Maraq > Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub

Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub


1-05-2024, 17:00


Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qızıl Avropa Liqası üçün hazırlıqlara start verən qadınlardan ibarət millinin üzvləri ilə görüşüb.

BrendSport.az
xəbər verir ki, federasiya rəhbəri voleybolçularla söhbət edib, onların səhhəti ilə maraqlanıb. Milli komandanın baş məşqçisi Faiq Qarayev Ş. Bağırova hazırlıq prosesi barədə ətraflı məlumat verib.

AVF-nin prezidenti yığmanın qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını bildirib, voleybolçulara yarışda uğurlar arzulayıb.
Geri qayıt