Əsas Səhifə > Maraq > "Liverpul" Hollandiya klubunun baş məşqçisi ilə danışıqlara başlayıb

"Liverpul" Hollandiya klubunun baş məşqçisi ilə danışıqlara başlayıb


24-04-2024, 17:00


İngiltərənin "Liverpul" klubu Hollandiya təmsilçisi "Feyenoord"un baş məşqçisi Arne Slot ilə danışıqlara başlayıb.

BrendSport.az
xəbər verir ki, Mersisayd klubunun nümayəndələri bu məqsədlə artıq Rotterdama gəliblər.

"Feyenoord" 45 yaşlı mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl xitam verəcəyi təqdirdə, "Liverpul"dan 10-15 milyon avro təzminat alacaq.

Xatırladaq ki, “Liverpul”un baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda postunu tərk edəcək.
Geri qayıt