Əsas Səhifə > Maraq > Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazanıb


21-04-2024, 15:00


Azərbaycan parabadmintonçu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.

BrendSport.az
xəbər verir ki, Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. 1/4 finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb.

Burada Hindistan idmançılarına məğlub olan ikili bürünc medala sahib çıxıb.
Geri qayıt