Əsas Səhifə > Maraq > İddiaçılar Turniri: Nicat Abasov heç-heçə edib

İddiaçılar Turniri: Nicat Abasov heç-heçə edib


21-04-2024, 07:00


Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin növbəti görüşündə heç-heçə edib.

BrendSport.az
xəbər verir ki, 28 yaşlı qrossmeyster XIII turda Vidit Santoşla (Hindistan) qarşılaşıb.

Abasov qara fiqurlarla oynayıb.

Bu nəticədən sonra Abasov 3,5 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb. Santoş isə 5,5 xalla altıncıdır.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Geri qayıt