Əsas Səhifə > Maraq > Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar


16-04-2024, 13:30


Azərbaycanın aerobika gimnastları Çexiyanın Praqa şəhərində keçiriləcək “Czehc Aerobic Open” beynəlxalq turnirində iştirak edəcəklər.

BrendSport.az
xəbər verir ki, məşqçi Emil Quliyevin rəhbərliyi altında Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya (hamısı üçlük və qrup), Məryəm Topçubaşova və Sara Əlixanlı (hər ikisi fərdi və qrup) bacarıqlarını göstərəcəklər.

Yarışda hakim Tünzalə Daşdəmirova da ölkəmizi təmsil edəcək.

Beynəlxalq turnir aprelin 18-dən 21-dək davam edəcək.
Geri qayıt