Əsas Səhifə > Maraq > “Bu baxımdan “Qarabağ” komandası fərqlənir”

“Bu baxımdan “Qarabağ” komandası fərqlənir”


6-04-2018, 11:44


Eyyub Məmmədov Şamaxı Texniki Humanitar Təmayüllü Liseyin VII a sinif şagirdidi. Əliməhəmməd müəllimin rəhbərliyi ilə liseyin futbol komandasında hücumcu mövqeyində oynayır. AFFA tərəfindən rayonlarda təşkil olanan “Coca Cola” kubokunda komandası ilə birlikdə II yerə layiq götülüb.

Balaca Eyyubun futbolumuz haqqında maraqlı fikirləri var.

Məncə, bizim futbolun ən əsas səhvlərindən biri oyun taktikasının qabaqcadan zəif qurulmasıdır. Bəzi komandalarımızın oyunu təmiz əsəbdir. Bir də ki, bizimkilər öz oyunlarını yox elə bil “kopyalanmış” oyun nümayiş etdirirlər. Məqçilərimiz də bir Qurbanovu çıxmaqla, qalanları elə bil oyunun tez qurtarmasını gözləyirlər. Çox vaxt bizimkilərdə 3-2-4-1 düzülüşü zəif alınır. Burada hücumcu tək qalır. Təkif edərdim ki, 3-2-2-1-2 olsa, pis olmaz. Bu düzülüşdə hamı özünə dayaq qazanır. Bizim futbol hücum futbolu olmalıdır. Oyun boyu təzə nəsə axtarmaq yox, konkret plan əsasında oynamalıdırlar. Bu baxımdan “Qarabağ” komandası fərqlənir. Fikrimcə, “Qarabağ” sol cinahdan daha çox güclüdür.

Alxas Məmmədov

Geri qayıt