Əsas Səhifə > Maraq > Mariya Stadnik Bakı turnirində Olimpiya lisenziyası qazana bilməyib
Mariya Stadnik Bakı turnirində Olimpiya lisenziyası qazana bilməyib6-04-2024, 18:30 |
Aprelin 6-da Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb. BrendSport.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb. Rəqibinə 2:4 hesabı ilə məğlub olan M.Stadnik bu turnirdən “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kiloqram) isə 1/4 finalda məğlub olaraq lisenziya qazana bilməyiblər. Geri qayıt |