Əsas Səhifə > Maraq > Lisenziya turniri: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bəlli olub
Lisenziya turniri: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bəlli olub6-04-2024, 16:26 |
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən Azərbaycan təmsilçilərinin də ilk rəqibləri bəlli olub. Mübarizəyə 1/8 finaldan başlayacaq Əliabbas Rzazadə (57 kiloqram) bu raundda italiyalı Simone Piroddu ilə qarşılaşacaq. Hacı Əliyev (65 kiloqram) təsnifat mərhələsində fransalı Həmzət Arsomirzoyevlə görüşəcək. Turan Bayramov (74 kiloqram) və Osman Nurmaqomedov (86 kiloqram) yarışa 1/8 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq, isveçrəli Tobias Portmann və litvalı Domantas Pauliusçenkonu sınağa çəkəcəklər. Georgi Meşvildişvili 125 kiloqramda Abraham Konyedo (İtaliya) – Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, turnirin ilk günündə qüvvəsini sınayan Azərbaycanın yunan-Roma güləşçiləri - Nihat Məmmədli (60 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) finala çıxa bilmədikləri üçün “Paris-2024” Yay Olimpiya Oyunlarına Lisenziya qazana bilməyiblər. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kiloqram) bu gün lisenziya uğrunda yarımfinal görüşünə çıxacaq. Geri qayıt |