Əsas Səhifə > Maraq > Azərbaycanın bədii gimnastika üzrə millisi Fransadakı yarışda finala yüksəlib
Azərbaycanın bədii gimnastika üzrə millisi Fransadakı yarışda finala yüksəlib31-03-2024, 12:05 |
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq Qran-pridə finala yüksəlib. BrendSport.az xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət milli həlledici raunda vəsiqə qazanıb. Onlar 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasında fərqləniblər. Geri qayıt |