Əsas Səhifə > Maraq > Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib28-03-2024, 18:18 |
Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə antidopinq seminarı keçirilib. BrendSport.az xəbər verir ki, tədbirdə bütün yaş qrupları üzrə yığma komandaların idmançı və məşqçi heyəti iştirak edib. Seminarı AMADA-nın Təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov aparıb. İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan olunmuş siyahı və onun tərtib olunma meyarları barədə məlumat verilib. Həmçinin yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar izah olunub. Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib. Sonda idmançılar anonim antidopinq sorğusunda iştirak ediblər. Geri qayıt |