Əsas Səhifə > Maraq > Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar24-03-2024, 20:11 |
Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirini 4 medalla başa vurublar. BrendSport.az yarışın son günündə millinin daha 2 üzvü fəxri kürsüyə yüksəlib. Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar. Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) üçüncü olublar. Azərbaycanı “Böyük Dəbilqə” turnirində 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu təmsil edib. Geri qayıt |