Əsas Səhifə > Maraq > Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək23-03-2024, 16:20 |
Martın 24-də Bakıda kişi və qadın boksçular arasında 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” beynəlxalq turniri start götürəcək. BrendSport.az xəbər verir ki, ənənəvi yarış 5 gün davam edəcək. Bakı Boks Mərkəzində təşkil olunacaq turnirdə Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, İtaliya, Pakistan və Macarıstan boksçuları güclərini sınayacaqlar. Kişilər 13, qadınlar 5 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. 121 idmançının qatılacağı turnirin açılış mərasimi martın 24-də, saat 13:30-da olacaq. Yarışa martın 28-də yekun vurulacaq. Azərbaycanı “Böyük İpək Yolu”nda 34 kişi, 9 qadın boksçu təmsil edəcək. Qeyd edək ki, turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi həmyerlimiz Anar Babanlı olacaq. Yarışa gələcək komandaların heyətində beynəlxalq dərəcəli referilər də yer alacaq. Geri qayıt |