Əsas Səhifə > Maraq > Türkiyədəki Premyer Liqa turnirində Azərbaycanın 8 karateçisi mübarizə aparacaq

Türkiyədəki Premyer Liqa turnirində Azərbaycanın 8 karateçisi mübarizə aparacaq


11-03-2024, 17:00


Türkiyənin Antalya şəhərində keçiriləcək karate üzrə Premyer Liqa turnirində Azərbaycanın 8 təmsilçisi mübarizə aparacaq.

BrendSport.az
xəbər verir ki, reytinq yarışında Roman Heydərov katada bacarığını göstərməyə çalışacaq.

Kumitedə Fərid Savadov, Əminağa Quliyev (hər ikisi 60 kq) Tural Ağalarzadə (67 kq),Turqut Həsənov (84 kq), həmçinin Renata Ərəbli (61 kq), Mədinə Sadıqova (55 kq) və Fidan Teymurova (50 kq) mübarizə aparacaq.

Qeyd edək ki, yarış martın 15-17-də təşkil olunacaq.
Geri qayıt