Əsas Səhifə > Maraq > Azərbaycan boksçusu lisenziya turnirində ikinci qələbəsini qazanıb
Azərbaycan boksçusu lisenziya turnirində ikinci qələbəsini qazanıb8-03-2024, 21:10 |
Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb. BrendSport.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda Bakari Hassanı (Keniya) məğlub edib. Bütün raundları xeyrinə başa vuran Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək. Qeyd edək ki, bu gün daha 1 boksçumuz qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador) döyüşəcək. Geri qayıt |