Əsas Səhifə > Maraq > Boksçumuz İtaliyada lisenziya turnirinə qələbə ilə başlayıb
Boksçumuz İtaliyada lisenziya turnirinə qələbə ilə başlayıb3-03-2024, 18:44 |
İtaliyanın Busto Arsitsio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub. BrendSport.az xəbər verir ki, ikiqat Avropa çempionumuz 1/32 final çərçivəsində Dipak Dipakı (Hindistan) sınağa çəkib. Hüseynov gərgin keçən döyüşdə son dünya çempionatının bürünc medalçısını 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib. Boksçumuz ikinci görüşündə ilk mərhələdən azad olan Sahil Alahverdovi (Gürcüstan) ilə üz-üzə gələcək. Döyüş martın 6-da baş tutacaq. Qeyd edək ki, turnirin ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu rinqə çıxacaq. Geri qayıt |