Əsas Səhifə > Maraq > PAOK “Qarabağ”dan 5 milyon tələb edir – Enrikeyə görə

PAOK “Qarabağ”dan 5 milyon tələb edir – Enrikeyə görə


26-03-2018, 16:57


“Qarabağ” mövsümün əvvəlində PAOK-dan icarəyə götürdüyü Pedro Enrikeni birdəfəlik transfer edə bilər.

Bu barədə Kipr mətbuatı xəbər yayıb. Ağdam təmsilçisinin bununla bağlı artıq yunan klubuna rəsmi təklif göndərdiyi bildirilir. Amma braziliyalı yarımmüdafiəçinin keçidi “Qarabağ”a elə də asan başa gəlməyəcək. Çünki PAOK rəhbərliyi 27 yaşlı futbolçu üçün 5 milyon avro tələb edir.

İddiaya görə, “Qarabağ” rəsmiləri sözügedən məbləği aşağı salmaq üçün yaxın vaxtlarda yunanlarla danışıqlara başlayacaq.

Hələlik isə Enrikenin yeni mövsümdən hansı komandada çıxış edəcəyi bilinmir.

Qol.az

Geri qayıt