Əsas Səhifə > Maraq > Azərbaycan hakimləri Avropa çempionatının oyunlarını idarə edəcəklər

Azərbaycan hakimləri Avropa çempionatının oyunlarını idarə edəcəklər


29-02-2024, 16:20


Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Gülnurə Əkbərzadə beynəlxalq təyinat alıblar.

BrendSport.az
xəbər verir ki, ədalət təmsilçiləri 17 yaşadək qadın futbolçular arasında Monteneqroda keçiriləcək Avropa çempionatının ikinci raundunun matçlarını idarə edəcəklər.

Onlar ilk olaraq martın 11-də reallaşacaq qarşılaşmada iş başında olacaqlar.

11 mart

14:30. Belarus – Andorra

Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Milena Vidiç (Monteneqro).

Dördüncü hakim: Milisa Raduloviç (Monteneqro).

“Topoplica Stadion” stadionu.

14 mart

17:00. Monteneqro – Andorra

Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Laura Koskinen (Finlandiya).

Dördüncü hakim: İfeoma Kulmala (Finlandiya).

“Mitar Mićo Goliš” stadionu

17 mart

17:00. Monteneqro – Belarus

Hakimlər: Pimenta Oliveyra Tereza Alis (Portuqaliya), Qraça Tavares (Portuqaliya), Gülnurə Əkbərzadə.

Dördüncü hakim: Fəridə Lütfəliyeva.

“Gradski Stadion Podgorica” stadionu
Geri qayıt