Əsas Səhifə > Maraq > UEFA "Qarabağ"ın "Braqa"ya vurduğu qolu paylaşıb
UEFA "Qarabağ"ın "Braqa"ya vurduğu qolu paylaşıb29-02-2024, 17:30 |
UEFA Avropa Liqasının rəsmi "X" hesabı "Qarabağ"la bağlı paylaşım edib. BrendSport.az xəbər verir ki, Avropa futbol qurumu "köhlən atlar"ın turnirin pley-off mərhələsinin cavab matçında Portuqaliyanın "Braqa" komandasına vurduğu qolu paylaşıb. Mateus Silvanın rəqib qapısından keçirdiyi top fərqləndirilib. Xatırladaq ki, səfərdə "Braqa"ya qalib gələn (4:2) "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub olsa (2:3) da, 1/8 finala yüksəlib. Ağdam təmsilçisi bu raundda Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək. Geri qayıt |