Əsas Səhifə > Maraq > Azərbaycan atıcıları Avropa çempionatında daha bir medal qazanıblar

Azərbaycan atıcıları Avropa çempionatında daha bir medal qazanıblar


28-02-2024, 21:35


Azərbaycan atıcıları Macarıstanın Dyör şəhərində təşkil olunan Avropa çempionatında daha bir medal əldə ediblər.

BrendSport.az
xəbər verir ki, Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət heyət komanda 10 metr məsafəyə atəş açmaq üzrə yarışda üçüncü olub.

Xatırladaq ki, daha öncə Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət milli isə oğlanlar arasında komanda yarışında eyni uğura imza atıblar.
Geri qayıt