Əsas Səhifə > Maraq > "Barselona"nın prezidenti Xavinin daha bir il komandada qalmasını istəyir

"Barselona"nın prezidenti Xavinin daha bir il komandada qalmasını istəyir


28-02-2024, 17:00


İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta baş məşqçi Xavi Ernandesin daha bir il komandada qalmasını arzulayır.

BrendSport.az
xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Funksioner 44 yaşlı mütəxəssislə söhbət edib və onu 2024/2025 mövsümündə də Kataloniya təmsilçisinin "sükanı arxasında" görmək istədiyini bildirib.

Qeyd edək ki, Xavinin hazırkı müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub. O, bu yay klubdan ayrılacağını açıqlamışdı. 2021-ci ildən "Barselona"da işləyən baş məşqçi 2022/2023 mövsümündə La Liqanın qalibi olub və ölkə Superkubokunu qazanıb.
Geri qayıt