Əsas Səhifə > Maraq > Avropa çempionatı: Azərbaycanın beş güləşçisi mübarizəyə başlayır, üçü medal qazana bilər
Avropa çempionatı: Azərbaycanın beş güləşçisi mübarizəyə başlayır, üçü medal qazana bilər17-02-2024, 11:54 |
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha beş güləşçisi mübarizə aparacaq. BrendSport.az xəbər verir ki, təsnifat mərhələsində Nurəddin Novruzov (61 kiloqram) Vladimir Yeqorovla (Şimali Makedoniya) qarşılaşacaq. 1/8 finalda Turan Bayramov (74 kiloqram) Zəlimxan Yaqubovu (Fransa), Osman Nurmaqomedov (92 kq) Maqomed Kurbanovu (AIN), Georgi Meşvildişvili (125 kq) Lyova Gevorqyanı (Ermənistan ) sınağa çəkəcək. Arseni Cioyev (86 kiloqram) isə Mettyu Finesileverlə (İsrail) təsnifat qarşılaşmasına çıxacaq. Bu gün, həmçinin sərbəst güləş üzrə yığmanın 3 üzvü medal görüşünə çıxacaq. Maqomedxan Maqomedov (97 kiloqram) Avropa çempionluğu uğrunda güləşəcək. O, qitə çempionatının qızıl və gümüş mükafatçısı gürcüstanlı Givi Matçaraşvili ilə üz-üzə gələcək. İslam Bazarqanov (57 kiloqram) və Əli Rəhimzadə (65 kiloqram) isə bürünc medal görüşündə qüvvələrini sınayacaqlar. İ.Bazarqanov ukraynalı Kamil Kərimovla qarşılaşacaq. Ə.Rəhimzadənin rəqibi isə hələ dəqiqləşməyib. Qeyd edək ki, Azərbaycan hazırkı Avropa çempionatında indiyədək 9 medal qazanıb. Yunan-Roma güləşçiləri 6 (3 qızıl, 2 gümüş, 1 bürünc), qadın idmançılar isə 3 (2 qızıl, 1 bürünc) medal əldə ediblər. Yarışa fevralın 18-də yekun vurulacaq. Geri qayıt |