Əsas Səhifə > Maraq > Portuqaliyada tarix yazan “Qarabağ” Vətənə qayıdıb

Portuqaliyada tarix yazan “Qarabağ” Vətənə qayıdıb


16-02-2024, 13:59


UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa” klubunu 4:2 hesabı ilə məğlub edən “Qarabağ” Vətənə qayıdıb.

BrendSport.az
xəbər verir ki, komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.

İlk dəfə Avropa Liqasının pley-off mərhələsində çıxış edən Ağdam klubunun qollarını Marko Yankoviç, Abdullah Zubir (2) və Olavio Juninyo vurublar.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Geri qayıt