Əsas Səhifə > Maraq > Avropa çempionatının gümüş mükafatçısı: Finalda tələskənliyə yol verdim
Avropa çempionatının gümüş mükafatçısı: Finalda tələskənliyə yol verdim15-02-2024, 11:00 |
“Hər yarışda olduğu kimi, burada da həyəcan var idi. Çox şükür, bunun öhdəsindən gələ bildik”. BrendSport.az xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında gümüş medal qazanan yunan-Roma güləşçisi Rəşad Məmmədov Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib. 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, bu, onun iştirak etdiyi ilk qitə birinciliyi idi: “Rumıniya və Gürcüstan güləşçilərinə qalib gələrək finala yüksəldim. Həlledici görüşdə Moldova idmançısı ilə qarşılaşdım. Hesabda 3:0 öndə idim. Lakin bir az tələskənliyə yol verdim. Gələn dəfə gümüş medalı qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm". Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar. Millinin digər yunan-Roma güləşçilərindən Nihad Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram) və Həsrət Cəfərov (67 kiloqram) qızıl, Ülvü Qənizadə (72 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) isə bürünc medalın sahibi olub. Yığma bu göstərici ilə Avropa çempionatında komanda hesabında ikinci yeri tutub. Geri qayıt |