Əsas Səhifə > Maraq > Azərbaycan taekvondoçusu Tehrandakı turnirdə fəxri kürsüyə qalxıb

Azərbaycan taekvondoçusu Tehrandakı turnirdə fəxri kürsüyə qalxıb


15-02-2024, 12:30


Taekvondo üzrə Azərbaycan yığması İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” turnirində ilk medalını qazanıb.

BrendSport.az
xəbər verir ki, G1 kateqoriyalı yarışda Rahid Vəliyev fərqlənib.

54 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçu bürünc medala sahib çıxıb.

Turnirə bu gün yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan millisi “Fəcr Open” turnirindən sonra Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin Kubokunda da iştirak edəcək. Yarış fevralın 16-19-da keçiriləcək.
Geri qayıt