Əsas Səhifə > Maraq > Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstan gimnastları açıq Azərbaycan çempionatında iştirak edəcəklər
Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstan gimnastları açıq Azərbaycan çempionatında iştirak edəcəklər14-02-2024, 16:10 |
Fevralın 15-16-da batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək. BrendSport.az xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 110-dək idmançı qüvvəsini sınayacaq. Turnirdə “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbinin (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (BGM) təmsilçilərinə, Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstanın batut gimnastikası üzrə yığmalarının üzvləri, eləcə də “Şevardeni” və Batumi klublarının (hər ikisi Gürcüstan) gimnastları da qoşulacaqlar. Yarışda idmançılar fərdi və sinxron proqramda balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Geri qayıt |