Əsas Səhifə > Maraq > Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 10 medal qazanıblar

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 10 medal qazanıblar


12-02-2024, 14:30


Azərbaycanın bədii gimnastları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Queen Cup” beynəlxalq turnirində 10 medal qazanıblar.

BrendSport.az
xəbər verir ki, “Ocaq Sport” klubunun təmsilçilərindən yeddisi qızıl, biri gümüş, ikisi isə bürünc mükafata sahib çıxıblar.

Neslihan Əkbərli alətsiz, Alsu Abdullayeva alətsiz və gürzlərlə, Nilüfər Qasımova alətsiz və lentlə, Nuray Məmmədova topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İnara Abıyeva gürzlərlə hərəkətlərdə qızıl, alətsiz çıxışda bürünc, Aylin Yusifli isə gürzlərlə hərəkətlərdə gümüş, topla hərəkətlərin icrasında bürünc medallara layiq görülüblər.
Geri qayıt