Əsas Səhifə > Maraq > Azərbaycan atletləri “Balkan Qış Çempionatı”nda iştirak edəcəklər

Azərbaycan atletləri “Balkan Qış Çempionatı”nda iştirak edəcəklər


10-02-2024, 11:10


Fevralın 10-da Türkiyənin İstanbul şəhərində start götürəcək XXVIII “Balkan Qış Çempionatı”nda Azərbaycanı təmsil edəcək atletlər bəlli olub.

BrendSport.az
xəbər verir ki, yarışda milli komandanın beş üzvü mübarizə aparacaq.

Yekaterina Sarıyeva və Rüstəm Məmmədov üç təkanla tullanma, Kəsgin Abbaszadə uzunluğa tullanma, Lamiyə Vəliyeva 400 metr, Əlhəm Nağıyev isə 60 metr məsafəyə qaçış üzrə qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 21 ölkədən 108 qadın, 131 kişi atlet olmaqla ümumilikdə 239 idmançı yarışacaq.
Geri qayıt