Əsas Səhifə > Maraq > Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatına 2 medalla başlayıblar

Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatına 2 medalla başlayıblar


10-02-2024, 11:00


Azərbaycan taekvondoçuları Antalyada keçirilən Türkiyə açıq çempionatının ilk günündə 2 medal qazanıblar.

BrendSport.az
xəbər verir ki, yeniyetmələrdən ibarət yığmanın heyətində Məryəm Cəfərova (152 santimetr) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 6 rəqibini məğlub edərək birinci yeri tutub.

Gülay Əliyeva isə (160 santimetr) yarışı bürünc medalla bitirib. Azərbaycan taekvondoçusu yarımfinaladək 4 mərhələ keçib.

Qeyd edək ki, yarışda bu gün yeniyetmə oğlanlar mübarizəyə qoşulacaqlar.
Geri qayıt