Əsas Səhifə > Maraq > Azərbaycanın tamblinq yığmasının idmançısı və baş məşqçisi ilin ən yaxşıları adına namizəddir
Azərbaycanın tamblinq yığmasının idmançısı və baş məşqçisi ilin ən yaxşıları adına namizəddir8-02-2024, 16:40 |
Avropada gimnastika üzrə 2023-cü ilin ən yaxşı idmançısı və məşqçisi adına namizədlərin siyahısı açıqlanıb. BrendSport.az xəbər verir ki, siyahıda Azərbaycan təmsilçiləri də var. Tamblinq üzrə milli komandanın üzvü Mixail Malkin ilin idmançısı, yığmaya rəhbərlik edən Adil Hüseynzadə isə ilin məşqçisi adına namizəd göstərilib. Hər nominasiya üzrə qaliblər azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən bəlli olacaq. Qeyd edək ki, Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Adil Hüseynzadənin başçılıq etdiyi yığma da həmin turnirdə dünya çempionu olub. Geri qayıt |