Əsas Səhifə > Maraq > “Qarabağ”ın U-15 komandası beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb
“Qarabağ”ın U-15 komandası beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb8-02-2024, 14:50 |
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib. BrendSport.az xəbər verir ki, Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektiv Rusiya “Olimpik”i ilə qarşılaşıb. İlk turda Rusiyanın digər təmsilçisi “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn “köhlən atlar” ardıcıl ikinci qələbəsini qazanıb. “Qarabağ” bu rəqibin qapısından da iki cavabsız top keçirib. Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb. 10 dəqiqə sonra Kəmaləddin Cəfərli rəqib qapısına yol tapıb. Qeyd edək ki, Ağdam klubu qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə qarşılaşacaq. Geri qayıt |