Əsas Səhifə > Maraq > Renat Dadaşovun çıxış etdiyi komanda Superliqada qələbəni əldən verib
Renat Dadaşovun çıxış etdiyi komanda Superliqada qələbəni əldən verib13-01-2024, 16:48 |
![]() Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" klubunda növbəti matçına çıxıb. BrendSport.az xəbər verir ki, 24 yaşlı hücumçu Superliqanın XX turunda "Pedikspor"la matça start heyətində başlayıb. Qarşılaşma 1:1 hesabı ilə bitib. Dadaşov görüşün 61-ci dəqiqəsində əvəzlənib. Meydan sahiblərindən Manuel Rivas 47-ci dəqiqədə hesabı açıb. Qonaqlardan Leandro Kappel 90+4-cü dəqiqədə tarazlığı bərpa edib. Xallarının sayını 21-ə çatdıran "Hatayspor" hazırda 14-cü pillədə qərarlaşıb. Geri qayıt |