Əsas Səhifə > Maraq > EEVZA: Azərbaycanın U-20 millisi ilk oyunda məğlub olub

EEVZA: Azərbaycanın U-20 millisi ilk oyunda məğlub olub


3-01-2024, 15:30


20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

BrendSport.az
xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin 0:3 (10:25, 15:25, 22:25) hesablı məğlubiyyəti ilə bitib.

U-20 növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də görüşəcək.

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Geri qayıt