Əsas Səhifə > Maraq > “Turan Tovuz” Türkiyədə 3 yoxlama görüşü keçirəcək
“Turan Tovuz” Türkiyədə 3 yoxlama görüşü keçirəcək2-01-2024, 12:30 |
Mövsümün ikinci yarısına hazırlığını Türkiyədə keçəcək “Turan Tovuz”un yoxlama görüşlərindəki rəqibləri bəlli olub. BrendSport.az xəbər verir ki, yanvarın 17-dək Antalyada hazırlıq keçəcək Premyer Liqa təmsilçisi 3 matçda gücünü sınayacaq. Tovuzlular ilk yoxlama oyununa yanvarın 9-da çıxacaqlar. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq. Növbəti oyunlar yanvarın 15-də gerçəkləşəcək. Həmin gün baş məşqçi Ayxan Abbasov 2 görüşdə yetirmələrini yoxlayacaq. Komanda günün ilk oyununda Macarıstan “Şiofok”u ilə qarşılaşacaq. Bir neçə saat sonra reallaşacaq qarşılaşmadakı rəqib isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq. Qeyd edək ki, 18 turda 22 xal toplayan “Turan Tovuz” Premyer Liqada 7-ci pillədə qərarlaşır. Geri qayıt |