Əsas Səhifə > Maraq > Xankəndidəki oyunu izləyənlər arasında Vətən müharibəsi, “Qisas” əməliyyatı və antiterror tədbirlərinin iştirakçıları da vardı

Xankəndidəki oyunu izləyənlər arasında Vətən müharibəsi, “Qisas” əməliyyatı və antiterror tədbirlərinin iştirakçıları da vardı


23-12-2023, 20:20


“Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşmasından əvvəl Prezident İlham Əliyev çıxışında dedi ki, “Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır”. Prezident hər zaman olduğu kimi, Azərbaycan xalqını daha sıx birləşməyə və uğurlu nailiyyətlər əldə etməyə sövq edir. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Bu sözlərin ən önəmli yeri də məhz Prezidentin çıxış etdiyi tribunanın yaxınlığında şəhid övladlarının, şəhid analarının, şəhid ailələrinin olması idi. Dövlət başçımızın dediyi kimi, oyunun nəticəsindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Həmin gün “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyırdı”.

BrendSport.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “Həmvətənlərə Dəstək” İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn söyləyib.
Geri qayıt