Əsas Səhifə > Maraq > Azərbaycan boksçuları beynəlxalq turnirdə 22 medal qazanıblar

Azərbaycan boksçuları beynəlxalq turnirdə 22 medal qazanıblar


22-12-2023, 19:00


Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, Bakı Boks Mərkəzində keçirilən yarışda Azərbaycan milli komandası ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Səudiyyə Ərəbistanı yığmalarının və Litvanın “Royal” klubunun 97 idmançısı qüvvəsini sınayıb. 5 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycan millisi turniri 22 medalla başa vurub. Elbrus Rzayevin baş məşqçisi olduğu komandanın heyətində Bilalhəbəşi Nəzərov, Zidan Hümbətov, Tağı Nəsibov, Məhəmmədəli Qasımzadə və Abbasqulu Şadlinski çempion tituluna yiyələniblər. Yalnız finalda uduzan Məhəmmədəli Aşurəliyev, Mircəlal Mirağayev, Ruslan Qəhrəmanov və Orxan Ağayev ikinci yerlə kifayətlənib.

Digər boksçulardan Ayaz Tağızadə, Sabir Dadaşov, Ömər Aslanlı, Tofiq Zairov, Mehrab Abbasov, Hüseyn Hacıyev, Ayxan Əliyev, Fuad Babayev, Şamil Nəcəfov, Şahin Dadaşov, Rza Novruzov, Kənan Nəcəfov və Həsən Sadıqzadə isə bürünc mükafat qazanıblar.

Beləliklə, Azərbaycan yığması turniri 5 qızıl, 4 gümüş və 13 bürünc medalla bitirib. Milli bu nəticə ilə komanda hesabında birinci olub və Abbas Ağalarov kubokuna yiyələnib. İkinci pilləni Qazaxıstan (4-5-7) tutduğu halda, “üçlüy”ü Tacikistan (2-1-1) tamamlayıb. Birincilikdə ən yaxşı boksçu adına Ruslan Qafurov (Tacikistan) layiq görülüb. Anar Nağdıyev (Azərbaycan) isə ən yaxşı hakim seçilib.

Finallar

48 kiloqram

Muinxuja Muminov (Tacikistan) – Bilalhəbəşi Nəzərov (Azərbaycan) – 0:5

51 kiloqram

Zidan Hümbətov (Azərbaycan) – Bexultan Boranbek (Qazaxıstan) – 5:0

54 kiloqram

Anuşervon Fozilov (Tacikistan) – Yerasil Amanqaliyev (Qazaxıstan) – 3:0

57 kiloqram

Tağı Nəsibov (Azərbaycan) – Məhəmmədəli Aşurəliyev (Azərbaycan) – 3:2

60 kiloqram

Məhəmmədəli Qasımzadə (Azərbaycan) – Canarslan Temirbiyev (Rusiya) – 4:1

63,5 kiloqram

Səid Yunusov (Özbəkistan) – Ruslan Qafurov (Tacikistan) – ikinci tam üstünlüklə qalib gəlib

67 kiloqram

Abbasqulu Şadlinski (Azərbaycan) – Torexan Sabirxan (Qazaxıstan) – birinci tam üstünlüklə udub

71 kiloqram

Oner Seilxan (Qazaxıstan) – Almuhamed Ahmetov (Qazaxıstan) – 5:0

75 kiloqram

Mircəlal Mirağayev (Azərbaycan) – Sanjar-Ali Beqaliv (Qazaxıstan) – ikinci qalib gəlib

80 kiloqram

Cavohir Mexriddinov (Özbəkistan) – Madiyar Behultanov (Qazaxıstan) – 1:4

86 kiloqram

Rahmotjon Kodirov (Özbəkistan) – Ruslan Qəhrəmanov (Azərbaycan) – 5:0

92 kiloqram

Daulet Daniyar (Qazaxıstan) – Yerali Şopanov (Qazaxıstan) – 5:0

+92 kiloqram

Orxan Ağayev (Azərbaycan) – Maqomedxan Malaçiyev (Rusiya) – 0:5

Mükafatçılar

48 kiloqram

1. Bilalhəbəşi Nəzərov (Azərbaycan)

2. Muinxuja Muminov (Tacikistan)

3. Ayaz Tağızadə (Azərbaycan)

3. Abay Toleybekov (Qazaxıstan)

51 kiloqram

1. Zidan Hümbətov (Azərbaycan)

2. Bexultan Boranbek (Qazaxıstan)

3. Sabir Dadaşov (Azərbaycan)

3. Muxşin Rahmanov (Tacikistan)

54 kiloqram

1. Anuşervon Fozilov (Tacikistan)

2. Yerasil Amanqaliyev (Qazaxıstan)

3. Ömər Aslanlı (Azərbaycan)

3. Aydak Kadirxan (Qazaxıstan)

57 kiloqram

1. Tağı Nəsibov (Azərbaycan)

2. Məhəmmədəli Aşurəliyev (Azərbaycan)

3. Janseri Koşerbayev (Qazaxıstan)

3. Maqomedrasul İbrahimov (Rusiya)

60 kiloqram

1. Məhəmmədəli Qasımzadə (Azərbaycan)

2. Canarslan Temirbiyev (Rusiya)

3. Bek Joldaşbek (Qazaxıstan)

3. Tofiq Zairov (Azərbaycan)

63,5 kiloqram

1. Ruslan Qafurov (Tacikistan)

2. Səid Yunusov (Özbəkistan)

3. Renat Krepştul (“Royal” klubu, Litva)

3. Mehrab Abbasov (Azərbaycan)

67 kiloqram

1. Abbasqulu Şadlinski (Azərbaycan)

2. Torexan Sabirxan (Qazaxıstan)

3. Hüseyn Hacıyev (Azərbaycan)

3. Dias Serikuli (Qazaxıstan)

71 kiloqram

1. Oner Seilxan (Qazaxıstan)

2. Almuhamed Ahmetov (Qazaxıstan)

3. Şamsiddin Tursunov (Özbəkistan)

3. Ayxan Əliyev (Azərbaycan)

75 kiloqram

1. Sanjar-Ali Beqaliv (Qazaxıstan)

2. Mircəlal Mirağayev (Azərbaycan)

3. Damir Sineyev (Qazaxıstan)

3. Fuad Babayev (Azərbaycan)

80 kiloqram

1. Madiyar Behultanov (Qazaxıstan)

2. Cavohir Mexriddinov (Özbəkistan)

3. Şamil Nəcəfov (Azərbaycan)

3. Şamil Saqidoldayev (Qazaxıstan)

86 kiloqram

1. Rahmotjon Kodirov (Özbəkistan)

2. Ruslan Qəhrəmanov (Azərbaycan)

3. Şahin Dadaşov (Azərbaycan)

3. Rza Novruzov (Azərbaycan)

92 kiloqram

1. Daulet Daniyar (Qazaxıstan)

2. Yerali Şopanov (Qazaxıstan)

3. Kənan Nəcəfov (Azərbaycan)

3. Danielius Baltruşaitis (“Royal”, Litva)

+92 kiloqram

1. Maqomedxan Malaçiyev (Rusiya)

2. Orxan Ağayev (Azərbaycan)

3. Umidjon Şaripov (Özbəkistan)

3. Həsən Sadıqzadə (Azərbaycan)
Geri qayıt