Əsas Səhifə > Maraq > “Neftçi”nin sabiq legioneri: Azərbaycan mənim ikinci vətənimdir

“Neftçi”nin sabiq legioneri: Azərbaycan mənim ikinci vətənimdir


11-12-2023, 18:40


"Neftçi" mənim futbola olan əsl sevgimdir”.

BrendSport.az
xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtı ilə Azərbaycanda oynamış şimali makedoniyalı veteran futbolçu Slavço Georgievski deyib.

“Neftçi” və “İnter”in (indiki “Şamaxı”) heyətində ümumilikdə beş mövsüm keçirən keçmiş yarımmüdafiəçi hələ də “ağ-qaralar”ın oyunlarını izlədiyini bildirib: “Neftçi” üçün mövsüm yaxşı başlamasa da, indi vəziyyət dəyişib. Ancaq bu da kifayət deyil. Çünki “Qarabağ”la aralarındakı xal fərqi çoxdur. Mən sabiq komandamın çempion olmağını istəyirəm. Lakin bu, hazırkı vəziyyətdə bir qədər çətin görünür. Komanda yenidir, gözləməliyik. Futbolçulara vaxt lazımdır”.

O, “Neftçi”nin heyətində bəyəndiyi dörd oyunçunu fərqləndirib: “Komandada yaxşı futbolçular var. Onlardan Rəhman Hacıyev, Ervin Koffi, Rezuan Mirzov və Emin Mahmudovun adlarını çəkə bilərəm”.

Şimali Makedoniya millisinin sabiq üzvü Azərbaycan Premyer Liqasının hazırkı səviyyəsi barədə də danışıb: “Çempionatın səviyyəsi hər il yüksəlir, yavaş-yavaş böyük liqalara yaxınlaşır”.

S. Georgievski Azərbaycanda işləmək istəyini gizlətməyib: “Hazırda iki yerli komandadan təklifim var. Hər iki klub Şimali Makedoniya liqasının keçmiş çempionlarıdır. Azərbaycan isə mənim ikinci vətənimdir və orada istənilən komandada işləyə bilərəm. Seçim imkanım olsa, ilk “Neftçi”yə gedərəm”.

Qeyd edək ki, Slavço Georgievski 2010-2012-ci illərdə “Neftçi”nin, 2012-2015-ci illərdə isə “İnter”in formasını geyinib.
Geri qayıt