Əsas Səhifə > Maraq > Abdullah Zubir "Qarabağ"da yubiley qoluna imza atıb

Abdullah Zubir "Qarabağ"da yubiley qoluna imza atıb


11-12-2023, 08:30

Abdullah Zubir “Qarabağ” klubunda 50-ci qolunu vurub.

BrendSport.az
xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.

32 yaşlı yarımmüdafiəçi “Sumqayıt”la səfər matçında qol sevinci yaşayıb.

Fransalı oyunçu Ağdam klubunda 236-cı oyununda 50-ci qolunu vurub. O, Premyer Liqada 38, ölkə kubokunda 1, avrokuboklarda 11 dəfə fərqlənib.

Fransalı legionerin ilk qolu debüt etdiyi 2018/19 mövsümündə qeydə alınıb. O, 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə ev matçında (4:1) iki qola imza atıb.
Geri qayıt