Əsas Səhifə > Maraq > Ferstappen "Formula 1" Əbu-Dabi Qran-prisinin təsnifat mərhələsində qalib olub

Ferstappen "Formula 1" Əbu-Dabi Qran-prisinin təsnifat mərhələsində qalib olub


25-11-2023, 20:35


“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" yarışında 2023-cü il mövsümünün Əbu-Dabi Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

BrendSport.az
xəbər verir ki, ikinci yeri "Ferrari" komandasından Çarlz Lekler tutub.

"McLaren"in avstraliyalı pilotu Oskar Piastri isə ilk "üçlüy"ü qapayıb.

Əsas yarış bazar günü baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, bu, mövsümün son yarışı olacaq.
Geri qayıt