Əsas Səhifə > Maraq > Azərbaycanın FIFA hakimləri “Bavariya”nın oyununa təyinat alıblar
Azərbaycanın FIFA hakimləri “Bavariya”nın oyununa təyinat alıblar22-11-2023, 16:00 |
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb. BrendSport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının A qrupunda Almaniyada “Bavariya” və Danimarka “Kopenhagen”i arasında keçiriləcək oyunun baş hakimi olacaq. E. Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mikael Baxer (Almaniya) yerinə yetirəcək. Qeyd edək ki, qarşılaşma noyabrın 29-da Münhendə təşkil olunacaq. Geri qayıt |