Əsas Səhifə > Maraq > Bakıda keçirilən beynəlxalq futbol turnirinin qalibi müəyyənləşib
Bakıda keçirilən beynəlxalq futbol turnirinin qalibi müəyyənləşib20-11-2023, 10:14 |
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qol U-15” II beynəlxalq futbol turnirinə yekun vurulub. BrendSport.az xəbər verir ki, “ASCO Arena”da əvvəlcə “Neftçi” və “Turan-Tovuz” komandaları arasında üçüncü yer uğrunda oyun keçirilib. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 0:0. Penaltilər seriyasında daha dəqiq olan “Neftçi” komandası 7:6 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib olub. Final matçında Belarusun “U-15 Akademiya” komandası “Zirə” klubunu 5:1 hesabı ilə üstələyib və yarışın qalibi olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq, “Zirə” və “Neftçi” komandaları layiq görülüblər. “Turan-Tovuz” komandası isə turniri dördüncü pillədə başa vurub. Turnirin ən məhsuldar oyunçusu Fateh Əsgərzadə (“Neftçi”) olub. Ən yaxşı oyunçu Xəqan Şükürov (“Zirə”), ən yaxşı qapıçı isə Safi Rüstəm (“U-15 Akademiya”) seçiliblər. Turnirin sonunda qaliblərin mükafatlandırma mərasimi olub. Qaliblərə mükafatları gənclər və idman nazirinin müavini Mariana Vasileva, eləcə də nazirliyin və AFFA-nın məsul şəxsləri, tanınmış futbolçular təqdim ediblər. Geri qayıt |