Əsas Səhifə > Maraq > "Milan"ın futbolçusu qeyri-qanuni mərc oynamaqda ittiham edilir

"Milan"ın futbolçusu qeyri-qanuni mərc oynamaqda ittiham edilir


16-11-2023, 10:30


İtaliyanın "Milan" klubunun futbolçusu Alessandro Florentsi qeyri-qanuni mərc oynamaqda ittiham olunur.

BrendSport.az
xəbər verir ki, Turin prokurorluğu 32 yaşlı müdafiəçini şübhəli şəxs qismində reyestrə daxil edib və hazırda araşdırma aparılır.

İtaliyalı oyunçu diskvalifikasiya ilə üzləşə bilər.

Daha əvvəl İngiltərənin "Nyukasl" komandasında çıxış edən Sandro Tonali oxşar ittihama görə artıq cəzalandırılıb. O, qarşıdakı Avropa çempionatı da daxil olmaqla, 12 ay futbol oynamayacaq.

Qeyd edək ki, Alessandro Florentsi cari mövsüm "Milan"ın heyətində 13 matçda iştirak edib.
Geri qayıt