Əsas Səhifə > Maraq > Bundesliqa klubu baş məşqçisi ilə yollarını ayırıb

Bundesliqa klubu baş məşqçisi ilə yollarını ayırıb


15-11-2023, 14:42


Almaniyanın "Union" klubu baş məşqçisi Urs Fişerlə yollarını ayırıb.

BrendSport.az
xəbər verir ki, 57 yaşlı mütəxəssis klub prezidenti Dirk Sinqlerlə söhbətdən sonra bu qərarı qəbul edib.

Qeyd edək ki, Urs Fişer 2018-ci ilin iyulunda baş məşqçi postuna gətirilib və ilk mövsümdə komandanı Bundesliqaya yüksəltməyi bacarıb. Klub onun rəhbərliyi altında tarixində ilk dəfə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası turnirlərində iştirak edib.
Geri qayıt