Əsas Səhifə > Maraq > Avropa çempionatında Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub
Avropa çempionatında Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub12-11-2023, 15:00 |
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb. BrendSport.az xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandasının idmançılarının da ilk rəqibləri bəlli olub. Çempionatın ilk günündə Əzrək Bəbirov (57 kq) və Cəlal Qurbanov (63,5 kq) rinqə çıxacaqlar. Avropa çempionatı 12 noyabr 1/16 final Cəlal Qurbanov (63,5 kq) – Bartlomey Roskovij (Polşa) 1/8 final Əzrək Bəbirov (57 kq) – Ariol Zeneli (Albaniya) 13 noyabr 1/16 final Maqsud Xasmetov (60 kq) – Berat Çivelek (Türkiyə) 1/8 final Nicat Hüseynov (51 kq) – Françesko Messineo (Almaniya) Ruslan Qədirov (54 kq) – Tommaso Skiacca (İtaliya) Seyid Seyidov (86 kq) – Yakub Strajevski (Polşa) Mirxəyal Məmmədov (92 kq) – Mateuş Berezniçki (Polşa) Aslan Mövsümova (+92 kq) – Nikita Putilov (Almaniya) Zeynəb Rəhimova (54 kq) – Viktoriya Roqalinska (Polşa) 14 noyabr 1/8 final İlqar Salahov (67 kq) – Fatih Kaya (Türkiyə) Rəşid Həsənov (71 kq) – Dariuş Znamyeç (Polşa)/Corc Smoloviç (Monteneqro) Daniel Xolostenko (75 kq) – Malek Semmo (Almaniya) Murad Allahverdiyev (80 kq) – Kromvell Kommeyalfred (İtaliya) 15 noyabr 1/4 final Mehparə Məmmədova (48 kq) – Rahibə İsmayılova (Gürcüstan) Marjona Savriyeva (50 kq) – İrina Vinaradava (Belarus) 16 noyabr 1/4 final Tural Sarıyev (48 kq) – Padraiq Dovney (İrlandiya) Qeyd edək ki, yarışın final döyüşləri noyabrın 19-da olacaq. Çempionatda 33 komandanın 299 (202 kişi, 97 qadın) boksçusu mübarizə aparacaq. Geri qayıt |