Əsas Səhifə > Maraq > FİBA Avropa Kuboku: “Sabah” müntəzəm mövsümdə ilk qələbəsini qazanıb
FİBA Avropa Kuboku: “Sabah” müntəzəm mövsümdə ilk qələbəsini qazanıb8-11-2023, 19:18 |
«Sabah» basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib. BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi dördüncü matçda Monteneqro «Mornar»ını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 81:74 hesablı qələbəsi ilə bitib. Bununla «Sabah» müntəzəm mövsümdə ilk qalibiyyətini əldə edib. Qeyd edək ki, «Sabah» qrup mərhələsində keçirdiyi ilk üç oyunda müvafiq olaraq Monteneqro «Mornar»ına (75:80), Türkiyə «Bağçaşəhər„inə (65:83) və Çexiya ‚Nimburk‚una (61:95) məğlub olub. Geri qayıt |