Əsas Səhifə > Maraq > Avropa çempionatında zədələnən Leyla Əliyeva Pert Açıq Okeaniya turnirində iştirak etməyəcək

Avropa çempionatında zədələnən Leyla Əliyeva Pert Açıq Okeaniya turnirində iştirak etməyəcək


4-11-2023, 16:00


Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının ilk yarış günündə qadınlar arasında 48 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz Leyla Əliyeva ¼ final görüşündə zədələnib.

BrendSport.az
xəbər verir ki, Leyla milli yığmanın tibbi heyətinin qərarına

əsasən 10-11 noyabrda Avstraliyanın Pert şəhərində keçiriləcək Açıq Okeaniya turnirində iştirak edəcək heyətdən çıxarılıb.

Leyla Əliyevanın müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
Geri qayıt